
Azərbaycan və Şotlandiyanın 21 yaşadək futbolçuları arasındakı Avropa çempionatının seçmə oyunu qalmaqalla başa çatıb.
Sportnet.az-ın məlumatına görə, 3:3 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmanın ardından meydanda gərginlik baş verib.
İki komandanın futbolçuları bir-biriləri ilə münaqişəyə giriblər. Qazaxıstanlı baş hakim Sayat Karabayev davada iştirak edən Xəyal Əliyevə birbaşa qırmızı vərəqə göstərib.
Bundan əvvəl isə 85-ci dəqiqədə də insident baş verib.
Qeyd edək ki, oyun ərzində Şotlandiyanın 2 futbolçusu qırmızı vərəqə alıb. Baş hakim meydan sahiblərinin və qonaqların hərəyə 4 futbolçusuna da sarı vərəqə göstərib.