"Çətin oyun alındı. Düzünü demək lazımdır: Hamı bilir ki, rəqibimiz dünyanın ən yaxşı komandasıdır".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov evdə Fransaya 1:3 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra deyib.
26 yaşlı hücumçu meydançada hər şeylərini ortaya qoyduqlarını bildirib: "İndi komandanı gücləndirmək və növbəti tsiklə hazır olmaq lazımdır".
O, 4-cü dəqiqədə vurduğu qoldan sonra rəqibin aqressivləşməsini təbii hal sayıb: "Sən qol vurmusansa, rəqibin də vurmağa çalışır. Bu, futboldur, hamı qol vurub qələbə qazanmaq istəyir".









































































