Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Azərbaycan dilini bilmədiyi üçün tənqid edilməsinə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı qapıçı bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
Məhəmmədəliyev yazıb: Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xöşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır".
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin noyabrın 16-da Fransaya 1:3 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup matçında zədələnib. Onun qarşıdakı 2-3 ay müddətində oynamayacağı məlum olub.









































































