Futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, hər 3 qarşılaşma məhsuldarlığı ilə seçilib.
"Baku Fire" U-19 komandasına 6:4 hesabı ilə qalib gəlib. Lider "Neftçi" İK "Şuşa" üzərində 12:3 hesablı qələbə qazanıb.
Tura son çempion "Araz-Naxçıvan"la debütant "Lənkəran"ın dueli ilə yekun vurulub. “Qırmızı-ağlar” rəqibini 21:3 hesabı ilə məğlub edib.
Yüksək Liqa, VIII tur
27 noyabr (cümə axşamı)
12:00. U-19 – "Baku Fire" - 4:6
Qollar: Oqtay Mahmudzadə, 21:56, Fərid Kərimli, 23:24, Pünhan Qasımzadə, 33:16, İsmayıl Əhmədov, 35:21 - Nurlan Məmmədov, 6:33, 35:39, Rüfət Məmmədli, 18:08, Eldar Zeynalov, 24:33, Murad Quluzadə, 26:40, Oktay Rüstəmli, 29:59
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov
Olimpik Star
14:00. "Şuşa" – "Neftçi İK" - 3:12
Qollar: Namiq Məmmədkərimov, 11:29, Sadegh Javiditabar, 15:52, 28:22 - İaqo Henrique, 0:48, Fərid Atakişiyev, 3:25, 15:33, 21:16, Nihad İsmayılov, 7:15, 31:18, Hadi Ahmadi, 8:29, 13:52, Emil Həsənzadə, 13:36, Mehdi Ahangari, 24:27, Bəyoğlan Vəlizadə, 34:20, 35:43
Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov, Elgün Hüseynov
Olimpik star
16:00. "Lənkəran" – "Araz-Naxçıvan" - 3:21
Qollar: Elmir Xəlilov, 18:48, 23:24 pen., Rasim Əhmədov, 38:09 - Qüdrət Qasımzadə, 0:18, 2:24, Teixeira, 2:03, Luicci Longo, 5:10, 8:43, 10:19, 17:44, 19:45, 22:07, 36:01, Karlos Bertoula, 5:52, 6:35, 16:40, Ədalət Ələkbərov, 9:06, 28:10, 30:00, Giovanny, 18:26, Alleks, 21:35, 39:07, Filipe de Lima, 33:11, 34:09
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Olimpik star
Bombardirlər: Luicci Lonqo ("Araz-Naxçıvan") - 20, Yaqo Enrike ("Neftçi" İK) - 14, Allef Mayolli ("Neftçi" İK) - 13 qol.









































































