"Qarabağ"ın futbolçusu Kadi Borges 3 aylıq fasilədən sonra yaşıl meydançaya qayıdıb.
Sportnet.az-ın məlumatına bu, "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında baş verib.
Braziliyalı yarımmüdafiəçi 84-cü dəqiqədə oyuna daxil olub. O, Marko Yankoviçi əvəzləyib.
Qeyd edək ki, Kadi Borges noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının IV tur matçında zədələnmişdi.













































































