I Liqada "Ayın qolu" layihəsinin qalibi müəyyən olub.
Sportnet.az xəbər verir ki, bu çərçivədə "Şəfa" futbol klubunun üzvü Tərlan Quliyev mükafatlandırılıb.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun "Şəfa" - "Səbail" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.













































































