
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, qrupun ekspertləri Bəhram Dadaşov və Anar Kazımlı Makedoniyada səfərdə olublar. Sportnet.az-ın məlumatına görə, Makedoniya Futbol Federasiyasının (MFF) Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüş keçirən AFFA nümayəndələri ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər.
Səfər çərçivəsində MFF-in baş katibi ilə də görüş keçirilib.
Analoji görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə olunub.