UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Şaxtyor Donesk” – "Fənərbağça” matçında hakim tərəfindən tribunaya göndərilən qonaqların baş məşqçisi Viktor Pereyraya cəza kəsilib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, məşqçi iki oyunluq cəzalanıb. Bu isə o deməkdir ki, baş məşqçi UEFA Avropa Liqasında "Fənarbağça”nın Yunanıstan "Atromitos”u ilə oynayacağı hər iki matçları tribunadan izləməli olacaq.
Qeyd edək ki, sadalnan oyunda istanbulluların baş məşqçisi rəqib futbolçular – Fred və Dario Srna ilə mübahisə etmişdi. Ardınca isə baş hakim baş məşqçini tribunaya yollayaraq cəzalandırmışdı.