1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhkəmə Riberini cəzalandırdı
Almaniyanın "Bavariya" klubunun futbolçusu Frank Riberi məhkəmə tərəfindən cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, fransalı ulduz keçmiş meneceri Bruni Heyderşeydə 1.7 milyon avro ödəyəcək.
Buna səbəb Heyderşeydin Riberini məhkəməyə verməsidir. Tərəflər arasında problem 2007-ci ildə yaşanıb. Həmin il "Marsel"dən 25 milyon avroya Münhen klubuna transfer olan Riberi ödənişdə razılaşmadığı üçün meneceri ilə yollarını ayırıb. Menecer isə məhkəməyə müraciət edərək futbolçudan 2.7 milyon avro təzminat tələb edib.
Məhkəmə isə tələb olunan 2.7 milyon avro deyil, 1.7 milyon avronun ödənilməsinə qərar verib.