"Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə Bolqarıstana 2:0 hesabı ilə qalib gələn Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
Onun fikrincə, komandası daha istəkli idi: "Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq”.
Qeyd edək ki, 2 turdan sonra 4 xala malik Azərbaycan millisi C qrupunda Sloveniya ilə birgə ilk 2 pilləni bölüşür.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |