1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Blatterin mükafatı ləğv olundu
FİFA 2015-ci ilin ən yaxşı futbolçusunun təltif olunma mərasimində verilən Prezident mukafatını ləğv edib. Sportnet.az-ın məlumatına görə, buna ali futbol qurumunun keçid dövründə olması səbəb göstərilib.
Gələn il keçiriləcək mərasimdən etibarən bu praktika bərpa olunacaq. Prezident mükafatı ilk dəfə 2001-ci ildə FİFA-nın sabiq rəhbəri Yozef Blatterin təşəbbüsü ilə təqdim olunub. O vaxtdan mükafata, təşkilat rəhbərinin fikrincə, dünya futbolunun inkişafında ən böyük xidmətləri olanlar sahib çıxıblar.
Qeyd edək ki, 2015-ci il dekabrın 21-də FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini futbolla bağlı istənilən fəaliyyətdən 8 il müddətinə kənarlaşdırıb. Hazırda ali futbol qurumunda bu səlahiyyətləri müvəqqəti olaraq, Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu yerinə yetirir. Yanvarın 11-də keçiriləcək "Qızıl top" sahibinin mükafatlandırılma mərasimində o, giriş sözlərini söyləyəcək.