CBC Sport telekanalının baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti icra edəcək Volkan Üst 1973-ildə Türkiyənin paytaxtı Ankarada doğulub. Sportnet.az-ın məlumatına görə, 1992-ci ildə Türkiyənin Marmara Universitetinin kommunikasiya və əlaqələr fakültəsinə daxil olan V.Üst 1996-ci ildə orada təhsilini bitirib.
Elə həmin il o, İngiltərənin Thames kollecinə daxil olub və təhsilinu orada davam etdirdib. 1998-ci ildə Türkiyənin Marmara Universitendə kommunikasiya və əlaqələr üzrə elmi dərəcə alıb.
İş fəaliyyətinə 1992-ci ildə Türkiyənin ictimai kanalı TRT-də müxbir kimi başlayıb. Orada 3 il çalışıb və 1995-ci ildə Türkiyənin Show TV kanalı ona baş mütəxəssis vəzifəsini təklif edib. 3 il həmin vəzifədə işlədikdən sonra Türkiyə ordusunda hərbi qulluğa yollanıb. Xüsusi təyinatlı bölümdə qulluq edən Volkan Üst 2000-ci ildə ehtiyata buraxılıb.
Həmin il Türkiyənin NTV kanalına baş direktorun müavini təyin olunan Volkan Üst 7 il o vəzifədə çalışıb. Sonra Kanadanın Canvas TV media qrupundan təklif alıb və 2007-ci ildən orada baş direktor vəzifəsini icra edib. 2010-cü ildə yenidən Türkiyədən təklif alıb və Kanal D telekanalına baş direktor təyin edilib. 2 ildən sonra yenidən Kanadanın Canvas TV media qrupuna qayıdıb və baş direktor kimi fəaliyyətini davam etdirib.
2014-cü ildə Türk Telekom TV-də baş direktor vəzifəsinə dəvət olunan V.Üst 1 il həmin vəzifədə çalışıb.
Qeyd edək ki, Volkan Üst yeni vəzifədə İlham Rüstəmovu əvəzləyib.