1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Albaniyanı darmadağın etdi - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup” turnirində bu gün üçüncü oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Albaniyanın U-21 yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0.
Oyunda hesabı Vüqar Mustafayev açıb. İkinci qolu Azər Salahlı, üçüncünü isə Kamal Mirzəyev vurub. Qarşılaşmanın yekun hesabını müəyyənləşdirən qolun müəllifi Kamran Abdullazadə olub.
Yığmamız turnirdə son oyununu yanvarın 28-də Bakı vaxtı ilə saat 13:00-da Bəhreynin U-20 komandasına qarşı keçirəcək.
13:00. Azərbaycan U-21 - Albaniya U-21 - 4:0
Qollar: Vüqar Mustafayev, 63. Azər Salahlı, 74. Kamal Mirzəyev, 80. Kamran Abdullazadə, 90
Qırmızı vərəqə: Esin Hakay, 65 (Albaniya)