1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hesab daha böyük ola bilərdi"
"Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər". Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə "Antalya Cup” turnirində 4:0 hesabı ilə yendikləri Albaniyanın U-21 komandası ilə qarşılaşmadan sonra deyib.
O bildirib ki, hesab daha böyük ola bilərdi: "Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdı. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.
Qeyd edək ki, bu, yığmamızın ardıcıl 3-cü qələbəsi olub.