1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA "Real Madrid"lə "Atletiko"nu bağışladı
FİFA İspaniyanın "Real Madrid" və "Atletiko" klublarına qarşı sanksiyaları dayandırıb. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçiləri 2016-cı ilin yayında yeni oyunçuları qeydiyyata sala bilərlər.
Ali futbol qurumu bu qərarı belə əsaslandırıb: Klublar transfer fəaliyyətinə qoyulan qadağadan apellyasiya veriblər. Apellyasiya Komitəsi şikayətə baxmamış cəza qüvvəyə minə bilməz. Bu cür hallarda araşdırmalara bir ilədək vaxt gedə bilər. Ona görə də sanksiyalar 2017-ci ilin yayından tez qoyulmayacaq.
Qeyd edək ki, FİFA "Atletiko" və "Real Madrid"in 2 transfer dövründə (2016-cı il yay və qış) yeni oyunçuları qeydiyyatdan keçirmələrinə qadağanı yanvarın ortalarında qoyub. Səbəb kimi yetkinlik yaşına çatmayan oyunçuların qeydiyyatı zamanı qaydaların pozulması göstərilib. Paytaxt təmsilçilərinə hazırkı "pəncərə" bağlananadək transferlər etmə icazəsi verilib.