1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-nın ötən il üçün gəlir və xərcləri
2015-ci il üçün AFFA-nın gəlir və xərcləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, ötən il federasiyaya 22 mln 126 min 244 manat daxil olub.
Bunlarda 12 mln 900 min manat SOCAR-ın, 2 mln 327 min 226 manat UEFA-nın, 2 mln 331 min 488 manat milli komandanın yayım hüququ gəlirinin, 1 mln 796 min 516 manat Azəridmanservisin, 953 min 873 manat "Bakcell"in, 388 min 570 manat "Access Bank"ın, 177 min 667 manat "Coca Cola"nın, 59 min manat "Paşa Sığorta"nın, 352 min 816 manat isə digər gəlirlərin payına düşür.
Hesabatda yeni investisiyalar və infrastruktura aid gəlirlər nəzərdə tutulmayıb.
AFFA-nın ötən ilə olan xərcləri isə 18 mln 249 min 900 manat təşkil edib ki, bunun da 7 mln 326 min 217 manatı milli yığma komandalara sərf olunub.