AFFA-nın qeydiyyat bazasında olan futbol adamlarının sayı 90 mini keçsə də, bu azdır. Avropa futbol ölkələrində minimum əhalinin 5%-ni təşkil edir. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirilən Hesabat-Seçki Konfransında bildirib.
O, hədəfin ən azı 5%-ə çatdırılmaqdan ibarət olduğunu deyib.
Baş katib bildirib ki, gələn ilədək Təhsil Nazirliyi ilə birgə həmin göstərici təxminən 250 minə çatdırılacaq.











































































