"Nazirin İcraiyyə Komitəsinə üzv seçilməsi tarixdə ilk hal deyil". Sportnet.az-ın məlumatına görə, bunu UEFA-nın baş katibi Teodor Teodoridis deyib.
O bildirib ki, futbola dəstək vermək istəyən hər kəsi alqışlayır və salamlayırlar: "Əgər o, futbol azarkeşidirsə, qapılarımız üzünə açıqdır".
Baş katibin fikrincə, Bakının AVRO-2020-yə ev sahibi seçilməsi doğru addımdır. Azərbaycanda futbolun inkişafından söz açan baş katib klubların avrokuboklarda çıxışından danışıb: "Klubların avrokuboklardakı çıxışları yüksək qiymətləndirilir. Bu münasibətlə onları təbrik etmək istəyirəm. İstərdik ki, bu say daha da artsın. Zənnimcə, AVRO-2020-də Bakının ev sahibi seçilməsi doğru addımdır. Bu layiqli qələbədir. Bilirsiniz ki, bundan sonra çətinliklər başlayır. Ancaq sizin səriştəli əməkdaşlarınız var və bu işin öhdəsindən layiqincə gələcəksiniz. Üstəlik sizin bu idman yarışını həyata keçirmək üçün təcrübəniz var".