uefa.org saytında Azərbaycanda futbolun inkişaf eməkdə olması barədə videosüjet yerləşdirilib. Sportnet.az-ın məlumatına görə, videomaterialda ölkənin bu il 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.
Süjetdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, 21 yaşadək qızlaran ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin və U-16 qızlar yığmasının üzvü Sanay Fətullayevanın qısa müsahibələri də yer alıb.
Videosüjet uefa.org saytında "Football flourishing in U17 host nation Azerbaijan" ("Azərbaycanda futbol çiçəklənir") başlığı ilə təqdim olunub.













































































