Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, Yan Olde Rikerinkdir.
İdarə Heyətinin qərarına əsasən, hollandiyalı mütəxəssis mövsümün sonunadək "sarı-qırmızılar"a rəhbərlik edəcək. 53 yaşlı baş məşqçinin ilk sınağı martın 20-da Super Liqanın XXVI turu çərçivəsində "Fənərbağça"ya qarşı olacaq.
Qeyd edək ki, Yan Olde Rikerink bu təyinatadək "Qalatasaray"ın aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışıb.












































































