1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyədə derbi təxirə salındı - TƏFƏRRÜAT
Bu gün keçirilməli olan Türkiyə Super Liqasında XXVI turun "Qalatasaray" - "Fənərbağça" derbisi təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, səbəb kimi İstanbul valiliyi təhlükəsizlik məsələlərini göstərib.
Əvvəlcə matçın azarkeşsiz keçirilməsi yönündə qərar qəbul edilib. Qısa müddət sonra isə "bombalı avtomobil" xəbərdarlığına əsasən, derbi təxirə salınıb. İstanbul Terror Polisi Türk Telekom Arena ətrafında hərəkətə keçib. Qərar açıqlandıqdan sonra tribunalardakı azarkeşlərdən çölə çıxmaları istənilib. Xəbərdarlıqdan sonra tərəfdarlar bir müddət yerlərindən ayrılmaq istəməyiblər. Amma araya girən təhlükəsizlik xidməti əməkdaşları bütün tribunaların boşaldılmasını təmin ediblər. Bu əsnada bəzi azarkeşlərlə təhlükəsizlik xidməti əməkdaşları arasında gərginlik yaşanıb.
Komandalardan heç biri öz bazalarından stadiona gəlməyib. Futbolçular qərar açıqlandıqdan sonra evlərinə üz tutublar.
Qeyd edək ki, görüşün yeni tarixi daha sonra açıqlanacaq.