Çexiya milli komandasının qapıçısı Petr Çex öz ölkəsinin ən yaxşı futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, cari mövsümdən İngiltərə "Arsenal”ının şərəfini qoruyan 34 yaşlı qolkiper 8-ci dəfə bu mükafata layiq görülüb.
Çex səsvermənin yekunlarına əsasən, "Sparta”nın hücumçusu David Lafata ilə Almaniyanın "Herta” klububun yarımmüdafiəçisi Vladimir Daridanı qabaqlayıb.
Ən yaxşı məşqçiyə nəzərdə tutulan mükafatı milli komandaya rəhbərlik edən Pavel Vrba alıb. Bunda onun yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarması böyük rol oynayıb. Ən gənc futbolçu "Ayaks”ın yarımmüdafiəçisi Vatslav Çernı olub.