Uels milli komandasına iştirak edəcəyi 2016-cı il Avropa çempionatının final mərhələsində (Avro-2016) qadağa qoyulub. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Kris Koulman komanda üzvlərinə həyat yoldaşları, rəfiqələri və digər ailə üzvlərini aparmağı icazə verilməyəcəyini bildirib. O, bunu çətin sınaqla əlaqələndirib: "Bizi 3 oyun gözləyir. Buna görə də qrup mərhələsi zamanı bizim oteldə ailə üzvlərindən heç kim, futbolçuların həyat yolaşları, rəfiqələri olmayacaq. 10 gün keçiriləcək 3 oyun zamanı sıx qrafik olacaq. Səfərlər, matçlar, məşqlər. Biz belə razlşamışıq ki, qrupdan çıxsaq, pley-offadək bir gün seçib onu ailə üzvlərimizlə birgə keçirəcəyik. Bundan sonra isə işə qayıdacağıq”.
Qeyd edək ki, dünyanın ən bahalı futbolçusu olan Qaret Beylin lideri olduğu Uels millisi B qrupunda Rusiya, İngiltərə və Slovakiya yığmaları ilə birgə yer alıb.