İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Samir Nəsriyə məxsus "Lamborghini" markalı avtomobil müsadirə olunub. Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, bu addımı Mançester polisi atıb.
Səbəb kimi 28 yaşlı yarımmüdafiəçinin 330 min funtluq maşınının Böyük Britaniyada sürülmək üçün qeydiyyatdan keçməməsi göstərilib.
Qeyd edək ki, Samir Nəsri zədə üzündən 2015-ci ilin oktyabrından oynamır. Bu mövsüm o, "Mançester Siti"də 8 oyuna 1 qol vurub.








































































