Brüsseldə Belçika və Portuqaliya yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü təxirə salına bilər. Sportnet.az-ın məlumatına görə, buna səbəb ölkədə baş verən terror təhlükəsidir.
Hazırda Belçikanın paytaxtında terror təhlükəsinin ən yüksək səviyyədə olduğu bildirilir. Oyunun mart5ın 29-da keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub, 250-dən artıq insan yaralanıb.









































































