Son vaxtlarda baş verən terror hadisələri yayda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik məsələlərini gündəmə gətirib. Sportnet.az-ın məlumatına görə, qitə turnirinin azarkeşsiz keçirilmə ehtimalı da var.
Avropa futbol qurumunun prezident köməkçisi Ciankarlo Abete "Radio24"ə açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. O, terror təhlükəsi səbəbindən Avropa çempionatının arxa plana keçirilməyəcəyini, lakin oyunların azarkeşsiz təşkil olunma ehtimalının olduğunu bildirib: "Yarışlar vaxtı terrorun olmayacağına zəmanət verə bilmərik"
Qeyd edək ki, iyuun 10-da start götürəcək və bir ay davam edəcək Avropa çempionatının oyunları Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sent-Etyen və Tuluza şəhərlərində keçiriləcək.








































































