Belçika və Portuqaliya yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb paytaxt Brüsseldə törədilən terror hadisələridir.
Belçika Futbol Federasiyasının rəsmi saytı yoldaşlıq görüşündən əlavə yığmanın bütün məşqlərinin də təxirə salındığını açıqlayıb.








































































