Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç ildə 75 milyon avro qazana bilər. Sportnet.az-ın "Le Repubblica"ya istinadən məlumatına görə, Çin hökuməti isveçli hücumçunun transferində maraqlıdır.
Mövsüm sonunda PSJ ilə müqavilə müddəti başa çatacaq 35 yaşlı İbranın ölkəyə gətirilməsi fikrinin Çin Kommunist Partyasının baş katibi Xi Jinoingə aid olduğu bildirilir.
Hansı klubun futbolçunun keçidində maraqlı olması açıqlanmasa da, tezliklə danışıqların başlanacağı qeyd olunub.