Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Uesli Sneyder 3 həftə müddətinə sıradan çıxıb. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının Fransa ilə yoldaşlıq görüşündə zədələnib.
İlkin tibbi müayinə nəticəsində sağ arxa əzələsində şiş aşkarlanan Sneyder İstanbulda yenidən yoxlanılacaq.
Qeyd edək ki, "Qalatasaray"ın daha bir futbolçusu Hakan Balta Türkiyə yığmasının heyətində İsveçlə yoldaşlıq görüşündə zədələnərək, bir ayadək sıradan çıxıb.