1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 2 ölkə yığması Bakıda!
Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha 2 vəsiqə sahibini tapıb. Sportnet.az-ın məlumatına görə, Danimarka və Serbiya mayın 5-də start götürəcək yarışda iştirak hüququna yiyələnib.
Onlar elit-raundda müvafiq olaraq, 1-ci və 7-ci qruplarda ilk 2 turdan sonra hərəyə 6 xalla qrup liderliyini ələ keçiriblər. Aprelin 2-də keçiriləcək son tur qarşılaşmalarının nəticələri bu komandaların Bakıya gəlişinə maneçilik törətməyəcək.
Beləliklə, mayın 21-dək davam edəcək qitə çempionatının 16 iştirakçısından 12-si müəyyənləşib. Daha öncə bu hüququ təşkilatçı Azərbaycan yığması, eləcə də Hollandiya, Almaniya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da qazanıb.