FİFA "Qalatasaray”ın sabiq futbolçusu Emmanuel Ebueni cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, "Sanderlend”in müdafiəçisi 1 illik futboldan kənarlaşdırılıb.
Dünya ali futbol qurumu qərarı Emmanuelin keçmiş agenti Sebastyan Boysyaya borclu olması ilə bağlıdır. Ebuenin hələ 2013-cü ildə bütün borcunu ödənilməsi ilə bağlı qərar çıxarılsa da, bu, həllini tapıb. Fil Dişi Sahili yığmasının sabiq üzvü yalnız martın 9-da ingilislərlə müqavilə imzalasa da, heş 1 ay keçməmiş nəinki klubdan, ümumiyyətlə, futboldan ayrılmalı olur. 33 yaşlı futbolçu ötən il "Qalatasaray”dan gedəndən sonra uzun müddət klubsuz qalmışdı.