Yeni mövsümdən İngiltərənin "Çelsi" klubunda çalışacaq Antonio Konte ilk transferini həyata keçirmək üzrədir. Sportnet.az-ın məlumatına görə, "zadəganlar" İtaliya "Roma"sında çıxış edən Radya Nainqqolanı heyətə qatmağa hazırlaşır.
London təmsilçisi belçikalı futbolçunun keçidi üçün 28 milyon funt ödəyəcək. Klubun futbolçuya 5 il müddətinə müqavilə təklif edəcəyi bildirilir. Bundan başqa Kontenin "Roma"nın daha bir futbolçusu Kostas Manolas və "Yuventus"da çıxış edən Leonordo Bonuççini transfer etmək istədiyi deyilir.
Qeyd edək ki, Nainqqolan "Roma" forması ilə cari mövsümdə 32 oyuna çıxıb, 5 qol vurub və 2 qol ötürməsi verib.