"Heç kim heç yerdən iki əlli yapışmayıb və o kreslo daimi deyil". Sportnet.az-ın məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
X.Məmmədov hazırkı vəzifədən getməyəcəyini söyləyib: "Rəhbərlik də hesab edir ki, 2008-ci ildən bu yana biz düz yoldayıq. Vəzifəmdən getmək fikrim yoxdur. çünki hesab edirəm ki, vəzifəmin öhdəsindən gəlirəm. Biz hər şey edirik. Hər yerdə səhvlər var və qaçılmazdı. Mətbuatda elə şeylər yazılır ki. Az qalsın deyələr ki, Xaqani Məmmədovun İŞİD-lə əlaqəsi var".