1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tofiq Bəhramovun iz qoyduğu çempionluq Foqtsla qeyd olundu - VİDEO
Futbol üzrə İngiltə milli komandasının tarixində ilk və yeganə dünya çempionluğunu qazanmasının 50 illik yubileyi münasibətilə yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Londondakı "Apton Park"da İngiltərə və Almaniyanın əfsanəvi futbolçulardan ibarət yığma komandaları üz-üzə gəlib.
Qonaq komandanı oyuna baş məşqçi qismində uzun müddət Azərbaycan millisinə rəhbərlik etmiş Berti Foqts çıxarıb. Kapitanlar isə İngiltərədən Rio Ferdinand, Almaniyadan Mixael Ballak olub. Görüş "Bundestim"in 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin hər iki qolunu Ben Koen vurub. Qonaqlardan isə Hanno Baliç və Oliver Noyvill dubl edib. Qalan qolların müəllifləri Marko Remer, David Odonkor və Marko Reyx olub. Bununla da almaniyalı futbolçular hələ də müzakirə olunan final matçındakı məğlubiyyətin əvəzini çıxıblar.
Qeyd edək ki, 1966-cı il dünya çempionatının finalında məhz bu ölkələrin milliləri üz-üzə gəlib. Oyunda 2:2 hesablı heç-heçə ikən ingiltərəli futbolçu Ceffri Herstin zərbəsi qapı tirinə dəyərək, yerə düşüb. Həmin vaxt yan xətt hakimi olan azərbaycanlı ədalət təmsilçisi Tofiq Bəhramov topun qapı xəttini keçdiyini bildirib və qol qeydə alınıb. Sonradan daha bir qol vuran İngiltərə millisi 4:2 hesablı qələbə sayəsində qızıl medallara yiyələnib.