
"Almaniyada 4 gün hazırlıq keçdik. Daha sonra Bakıya gəldik. Azərbaycanda yaxşı qarşılandıq və şəraitdən tam razıyıq”. Sportnet.az-ın məlumatına görə, bunu Almaniyanın U-17 millisinin baş məşqçisi Meikel Şönveitz deyib.
Şönveitz Almaniya yığmasının formasını geyinən azərbaycanlı Renat Dadaşov haqda danışıb: "Burada Renata maraq böyükdür. Bunu da anlayışla qarşılayıram. Çünki o, azərbaycanlıdır. Almaniyada doğulsa da, ailəsi burada yaşayır. Vətənində oynasa da, motivasiya baxımından heç bir problemi olmayacaq. Ona inanıram, düşünürəm ki özünü yaxşı tərəfdən göstərə biləcək”.