1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanda ikinci məsul futbol turniri: Final mərhələsi nələr vəd edir?
Bu gün Azərbaycan futbolu tarixində xüsusi bir gündür. Sportnet.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək. Bununla da müstəqillik dönəmində ən böyük futbol yarışlarında birini qəbul etmiş olacağıq.
Əslində, bu, Azərbaycanda ikinci belə turnirdir. Xatırlayırsınızsa, 2012-ci ildə də U-17-lərin final mərhəlsində ölkəmizdə olmuşdu. Sadəcə, fərq ondadır ki, o qızlar arasında dünya çempionatının həlledici mərhələsinin oyunları idi. Təbii ki, oğlanların yarışına maraq daha böyük olduğundan, budəfəki final mərhələsi dünya yox, Avropa çempionatı olsa belə, daha diqqətçəkəndir.
Bir fərq ondadır ki, həmin vaxt bəzi oyunlar Lənkəranda da keçirilmişdi. Ancaq bu dəfə bütün matçlar yalnız paytaxtda gerçəkləşəcək. Özü də 4 stadionda. Onlardan ən böyüyü – 68 minlik tutuma malik Bakı Olimpiya Stadionu həm açılış, həm də bağlanış mərasimini, açılış və final matçlarını, Azərbaycan milli komandasının oyunlarını özündə qəbul edəcək. İndiyədək bu arenada əsas yığmamızın İtaliya ilə rəsmi oyunu, habelə bir sıra yoldaşlıq görüşləri keçirilib. Bu, Bakı Olimpiya Stadionunun daha məsul turnirə bir növ hazırlığı oacaq. Axı 2020-ci ildə milli komandalar araısnda Avropa çempionatınn final mərhələsinin 4 oyunu – 3 qrup matçı və 1/4 final matçlarından biri orada baş tutacaq.
Bakı Olimpiya Stadionundan fərlqi digər 3 arenada AZərbaycan Premyer Liqasının və kubok matçları keçirilib. Hətta "Bakcell Arena” ilə "Dalğa Arena” 4 il öncəki U-17 qızlar arasında Avropa çempionatının final mərhələsinin matçlarını qəbul edib. 8-ci kilometr qəsəbəsində yerləşən "Bakcel Arena” 10500, Mərdəkan qəsəbəsində qərarlaşan "Dalğa Arena” 6700 tamaşaçı tutumuna malikdir. Ən nəhayət, 4735 nəfərlik "Azərsun Arena”. Bu, "Qarabağ”ın yenidən qurulun və cari mövsümdə istifadəyə verilən stadionudur. Məlum olduğu kimi, həmin stadion vaxtilə Tofiq İsmayılov adına Suraxası qəsəbə stadionu adlanırdı. "Qarabağ”ın arenasında yalnız qrup matçlarının keçirilməsi nəzərdə tutulub. "Bakcell Arena” və "Dalğa Arena”da 6 qrup matçı və iki ¼ final görüşü baş tutacaq. Bakı Olimpiya Stadionunda isə milli komandamızın oyunları ilə yanaşı, yarımfinal və final matçları təşkil olunacaq.
Azərbaycanın U-17 yığması uzun müddətdir bu məsul yarışa hazırlaşır. Təbriz Həsənovun baş məşqçi olduğu komanda yanvarda Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edəndən sonra bir qayda olaraq Bakıda hazırlaşırdı. Komandamızın xaricdə təlim-məşq toplanışına getməməyi başadüşülən idi. Axı final mərhələsi istənilən halda Azərbaycanda keçiriləcəkdi. Yoxlama oyunları keçirilməsi vacib idi ki, bununla əlaqədar rəqiblər Rusiya və Ukrayna seçildi. AFFA onları Bakıya yoldaşlıq göüləri keçirməyə dəvət etdi. Yeri gəlmişkən, ruslardan fərqli olaraq ukraynalılar final mərhələsinə vəsiqə qazana bildilər. Bakı Olimpiya Stadionunda keçirilən matçlarda nəticə ürəkacan olmasa da (4 oyuna yalnız 1 qələbə), belə oyunlarda nəticə önəmli deyil. Əsas məsul sınaq öncəsi oyun praktikası qazanmaq, beynəlxalq təcrübəni artırmaq lazımdır. Bu baxımdan, güclü rəqiblərlə qüvvəsini sınamaq Təbriz Həsənovun yetirmələri üçün faydalı oldu.
Belə götürəndə, püşkün nəticəsini də münasib saymaq olar. Hər halda, bəxtimizə daha güclü rəqiblər də düşə bilərdi. Ancaq biz Portqaliya, Belçika və Şotlandiya ilə bir qrupa düşdük. Millimiz güclü azarkeş dəstəyi altında ¼ finala çıxmaq, qrupda 2-ci yeri tutmaq uğrunda mübarizə apara bilər.
Millimizin heyətində bir sıra perspektivli futbolçular var ki, bu, onlar üçün də yaxşı fürsətdir. Yəni, komandamızın uğur qazanması ilə onlar daha çox diqqət mərkəzinə düşəcəklər. Bu isə klub karyeralarına yaxşı təsir göstərəcək. Məlum olduğu kimi, Avropanın bir sıra aparıcı klublarının skautları Bakıdakı final mərhələsini izləməyə gəliblər. Yəni, hər şey onların gözünün qabağında olacaq. Futbolçularımızdan özünü yaxşı tərəfdən göstərən, onların diqqətini çəkənin adı mütləq qeydiyat kitabçasına düşəcək. Məsələn, U-17 yığmamıızn liderlərindən olan yarımmüdafiəçi Fərid Nəbiyev bir vaxtlar elə Təbriz Həsənovun komandasında İspaniyada olarkən bu ölkənin təmsilçilərinin, "Atletiko”nun diqqətini cəlb etmişdi. İndi isə həmin ispanlar tanıdıqları Nəbiyevi Bakıda, Avropa çempionatının final mərhələsində izləyə biləcəklər.
Bir vaxtla elə də tanınmayan futbolçular məhz U-17-lərin Avropa çempionatında parlayaraq öz sözlərini dedilər. Bunun üçün siyahıya diqqət yetirmək kifayətdir:
2012, Sloveniya: Maks Mayer (Almaniya)
2011, Serbiya: Memfis Depay (Hollandiya)
2010, Lixtenşteyn: Pol Poqba (Fransa)
2009, Almaniya: Mario Getse (Almaniya)
2008, Türkiyə: Tyaqo Alkantara (İspaniya)
2007, Belçika: Eden Hazard (Belçika)
2006, Lüksemburq: Toni Kroos (Almaniya)
2005, İtaliya: Nuri Şahin (Türkiyə)
2004, Fransa: Sesk Fabreqas (İspaniya)
2002, Danimarka: Ueyn Runi (İngiltərə)
İndi onlar Avropanın aparıcı klublarında "at oynadırlar”. Buna görə də indi elə də tanınmayan futbolu sabah məşhur ulduz ola bilər. Məhz U-17-lərin yarışı böyük turnirlərin ilk mərhələsi olur və hər zaman seleksiyaçıların diqəqt mərkəzində ola bilər. Təbii ki, Bakıdakı yarış da kimlərisə kəşf edəcək, onların karyerasında xüsusi yer tutacaq.
Hələliksə yarışın həyəcanını yaşayacağıq. İnanırıq ki, bu yarış həm yığmamızın çıxışı, həm də təşkilatçılıq baxımından bizim üçün uğurlu olacaq. İrəli Azərbaycan!!!