"Bavariya" Almaniya çempionluğunu erkən bayram edib. Sportnet.az-ın məlumatına görə, Xosep Qvardiolanın yetirmələri sona 1 tur qalmış "İnqolştad"la səfər matçında qazandığı 2:1 hesablı qələbə ilə Bundesliqanın qalibi olub. "Bavariya" qələbəni polşalı hücumçusu Robert Levandovski etdiyi dublla qazanıb. Liderin ən yaıxn izləyicisi olan Dortmund "Borssuiya"sı Frankfurtda "Ayntraxt"a 0:1 hesabı ilə uduzub. "Bavariya"nın hesabında 85, "Borussiya"nın 78 xal var.
Bu, Münhen klubunun tarixində yubiley - 25-ci çempionluq olub. "Bavariya" ardıcıl 4 il Bundesliqanın çempionu olan ilk komanda kimi Almaniya futbol tarixinə düşüb. Komandadan gedəcəyini hələ xeyli vaxtdan məlum olan Qvardiola da rekorda imza atıb. Belə ki, 45 yaşlı çalışdırıcı Bundesliqanın ardıcıl 3 il qazanan ilk əcnəbi mütəxəssis olub. Qvardiola ardıcıl 3 il Almaniya çempion olan ikinci məşqçi kimi tarixə düşüb. İlk olaraq buna təcrübəli isveçrəli mütəxəssis Otmar Hitsfeld nail olub.
"Bavariya"nın kapitanı Filipp Lam da rekord edib. Müdafiəçi ardıcıl 8 il Bundesliqanı qazanmaqla keçmiş komanda yoldaşları Oliver Kan, Mehmet Şoll və Bastiyan Şvaynştaygerin rekordunu təkrarlayıb.