
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid Aydın Mahmudov ifadə verib. A.Mahmudov R.Əliyevin yanında olarkən C.Hüseynovun klubun meneceri Səbuhi Səfiyarlı ilə birgə xəstəxanaya gəldiyini deyib: "Orada Cavid Rasimlə söhbət etdi. "Niyə belə oldu, axı biz səninlə danışmışdıq" dedi.
Prokuror futbolçuya 4 il iş istəyib.
Vəkil Adəm Məmmədov müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi mayın 16-na təyin olunub.