1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin baş məşqçisi: "Çempion olmağa söz vermişdilər" - MÜSAHİBƏ
AFFA-nın müvafiq yaş qrupu üzrə Liqasının qalibi olan "Qəbələ"nin U-16 komandasının baş məşqçisi Yaşar Abuzərovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ"də baş məşqçi kimi ilk çempionluğunuzu necə dəyərləndirərdiniz?
- Karyeramı "Qəbələ"də bitirəndən sonra 3 ildir burada məşqçilik edirəm. Əvvəlcə U-16 komandasında köməkçi-məşqçi işlədim. Həmin vaxt Zaur Hacıyevin rəhbərlik etdiyi komandada çempion olmuşdum. Onda 1998-ci il təvəllüdülərlə işləyirdik. Bundan sonra U-12 komandasında baş məşqçi oldum və çempionatı bürünc mükafatçı kimi başa vurduq. Son mövsümdə isə U-16-ya qayıtdım və bu dəfə baş məşqçi kimi ilk dəfə çempionluq sevinci yaşadım. Əlbəttə, bu uğur karyeramda xüsusi yer tutur. Futbolçu kimi də çempion olmuşam. Onun başqa ləzzəti var, bunun başqa.
- Fərq nədədir?
- Mən fərq qoymazdım. Hərəsinin öz yeri var. Sadəcə, məşqçinin məsuliyyəti daha böyükdür. Bu zaman işinə daha ciddi yanaşırsan, daha istəkli oursan. Düzdür, futbolçu kimi işində ciddi olursan. Ancaq uğur qazana bilməyəndə məşqçi kimi daha çox üzülürsən. Futbolçu kimi yalnız özünə cavahdeh idinsə, məşqçi kimi bütün komandaya görə məsuliyət daşıyırsan. Sevinirəm ki, həm futbolçu, həm də baş məşqçi çempion olmuşam.
- "Qəbələ" Futbol Akademiyasının əsas məqsədi nəticədən daha çox futbolçu yetişdirməkdir. Bununla belə, mütləq çempion olmağı qarşıya hədəf qoymuşdunuz?
- Əlbəttə. Futbol Akademiyasındakı 2000-ci il təvəllüdlülər heç vaxt çempion olmamışdılar. Komandanı mənə həvalə edəndən sonra futbolçularla yığıncaq keçirdim. Onlara bildirdim ki, niyə də çempion olmayasınız, niyə də o hissi yaşamayasınız? Sağ olsunlar futbolçularımız, bu söhbətdən sonra söz verdilər ki, çempion olacağıq. Bu da bizə qismət oldu.
- Göründüyü kimi, "Qəbələ"nin 2000-ci il təvəllüdlülərini ilk dəfə çempion etməklə klubun tarixinə düşdünüz...
- Bəli. Həm də klubun tarixində rekorda doğru gedirdik. Biz 2 məğlubiyyətimizi çempion olandan sonra aldıq. Bunadək 26 oyun qələbələri sıraladıq. Nə heç-heçəmiz oldu, nə də məğlubiyyət acısı daddıq. Bərabərliyin olmaması bəlkə də təsadüfdür. Mən futbolçu olan vaxtda da heç-heçəyə oynaya bilmirdim. Çempionluğumuz sona 3 tur qalmış "Xəzər Lənkəran"a 3:1 hesabı ilə qalib gəldiyimiz oyunda reallaşdı.
- Həmin 2 məğlubiyyəti motivasiyanın olmaması ilə əlaqələndirmək olar?
- Futbolçular çempion olandan sonra biz az "boşaldılar". Bir az də zədələr oldu. Çempionatı yüz faizli nəticə ilə başa vursaydıq, əla olardı. Mən də bunu çox istəyirdim. Ancaq əfsuslar olsun ki, alınmadı.
- Çempionatda 126 qol vurdunuz ki, bu da yüksək göstəricidir. Ən yaxın izləyiciniz "Əlincə"dən 46 qol çox vurdunuz...
- Bu qollardan 33-ü hücumçumuz Məhəmməd Abbaslının hesabındadır. O, çempionatın bombardiri oldu. Zədə üzündən son 6-7 oyunda meydana çıxa bilmədi. Çıxsaydı, bəlkə də 50-dək qol vura bilərdi.
- Çempionatın səviyyəsindən nə dərəcədə razı qaldınız?
- Səviyyə o qədər də yüksək deyil. Təxminən eyni səviyyəli 4-5 komanda var. Qalanları zəifdir.
- Bu amil nəticə qazanmaq baxımından işinizə yarayır, ancaq komandanın artımı üçün yüsək səviyyəli yarış lazımdır...
- Əlbəttə. Bu, futbolçuların artımı, gələcəyi üçün daha yaxşı olardı. Məsələn, zəif komanda ilə oyuna çıxanda qalib gələcəklərini bilirlər. Ona görə də çox güc sərf etmirlər. Həmin zəif rəqiblərlə oyunlarda futbolçulardan istədiyini ala bilmirsən. Ancaq "Qarabağ", "Əlincə", "Neftçi" kimi rəqiblərlə oyunlarda motivasiya olur, gərginlik olur. Bu zaman futbolçular daha məsuliyyətli olurlar. Komandaların hamısı eyni səviyyəli olsaydı, tamam başqa səviyyəli çempionat olardı.
- Qarşıdakı planlarınız necədir?
- Futbol Akademiyamızda hər mövsümün sonunda məşqçiləri komandalar üzrə bölürlər. Bu, rəhbərliyin qərarından asılıdır. Əgər U-16-da qalsam, artıq 2001-ci il təvəllüdlərlə işləyəcəyəm. Onlar isə Xaqani Məmmədovun rəhbərliyi altında bu mövsüm çempion olublar. Oradan bir neçə futbolçunu mövsümün gedişində komandada cəlb etmişəm. Hücumçu Məhhəmməd Məhərrəmlini misal göstərə bilərəm. O, 2001-ci il təvəllüdlü olsa da, yaxşı oyununa görə özündən 1 yaş böyüklərə - U-16 yığmamıza cəlb olunub.