
AFFA prezidenti Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final oyununu izləyir. Sportnet.az-ın məlumatına görə, assosiasiya başçısı Portuqaliya - İspaniya matçını Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi, Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, UEFA rəsmiləri ilə birgə "Bakcell Arena"da seyr edir. Oyundan sonra turnirin mükafatlandırılma və bağlanış mərasimi keçirilcək.