1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məğlubiyyətin səbəbkarı danışdı
"Mənə böyük təzyiq vardı. Çünki son zərbəni vururdum, kapitan idim. Hamı məndən qol gözləyirdi. Mən də bunu istəyirdim. Ancaq buna nail ola bilmədim".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İspaniya U-17 yığmasının kapitanı Manu Morlanes deyib. Bakıda keçirilən Avropa çempionatında Portuqlaiya ilə final oyununda matç sonrası penaltini dəqiq vura bilməyən futbolçu yığmasını Avropa çempionu olmaqdan məhrum edib: "Bu, futboldur. belə şeylər olur. Fikrimcə, futbol mənə komandama kömək etmək şansı qaytaracaq. Əlbəttə, final mərhələsinə gələndə bilirdik ki, öz üzərimizdə çox çalışmalıyıq. Hətta düşünürdük ki, finaladək irəliləyək. Ancaq qalib gələ bilmədik. Bununla belə, Bakıda böyük nəticə qazandıq".
Morlanes Portuqaliya yığmasının Avropa çempionluğunu layiqli sayır: "Bu yığma favorit sayılırdı. Turnirdə yaxşı oyun göstərdi. Biz də ona finalda layiqli rəqib olduq. Sonadək döyüşdük, ancaq sonda qalib penaltilərlə elan olundu. Portuqaliya qalib oldu, təbrik edirəm".
İspan futbolçu Bakıdakı Avropça çempionatının təşkilatçılığından da söz açıb: "Turnir çox yaxşı təşkil olunmuşdu. Heç bir çətinliyimiz olmadı. Hər şey xırdalığına kimi, yerində həll olunurdu. Təşkilat Komitəsinə, əməyi olan hər kəsə təşəkkür edirəm. Burada gözlədiyimizi əldə etdik, çatışmayan heç bir şey yox idi".
Morlanes vətəninə yaxşı təəssüratla qayıtdığını söyləyib: "Kuboku qazanmamaq yadda qaldıqlarımın ən pis tərəfidir. Ancaq hara gedirsənsə, yaxşı tərəfləri yada salmaq lazımdır. Bakıda komanda şəklində gözəl günlər yaşadıq. Buradakı ancaq yaxşı günləri xatırlayacağam".