Azərbaycan milli komandası Andorra yığması ilə yenə qolsuz bərabərliyə qalıb. Sportnet.az-ın məlumatına görə, bu yığmalar arasında keçirilən 4 oyundan artıq 3-də bu hesab qeydə alınıb.
Bir matçda isə millimiz 2:1 hesabı ilə qalib gəlib. Bu, sabiq baş məşqçi Berti Foqtsun Azərbaycan yığmasında ilk qələbəsi kimi tarixə düşüb.
Onu əvəzləyən Robert Prosineçki isə milli komandamızda yubiley – 10-cu oyununa çıxacaq. Bu, xorvatiyalı mütəxəsisisn 4-cü heç-heçəsi, 2-ci qolsuz bərabərliyi olub. İlk belə nəticə Prosineçkinin həmyerliləri - Xorvatiya yığması ilə "Bakcell Arena”da rəsmi oyununda qeydə alınıb. Xorvatiyalı çalışdırıcının hesabında 2 qələbə, 4 məğlubiyyət var. Prosineçkinin rəhbrəlyi altında Azərbaycan yığması 4-cü yoldaşlıq görüşüündə ilk dəfə heç-heçə edib.
Andorra ilə oyunda millimiz üçün yubiley göstərici olub. Belə ki, tarixində 221-ci matçına çıxab Azərbaycan yığması məğlubiyyətsiz oyunlarını 100-ə çatdırıb. Ancaq təbii ki, Avropanın zəif yığmaları ilə matçda uduzmamaq qənaətbəxş nəticə sayıla bilməz.