İspaniyanın "Barselona" klubunun futbolçusu Xavyer Maskerano haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi komandadan gedəcəyini istisna etməyib.
"Yuventus"a gedəcəyim haqda yayılan xəbərlər doğru deyil. Hazırda "Barselona"nın oyunçusuyam. Ancaq gələcəkdə nələrin olacağı haqda heç nə deyə bilmərəm. Klub bilir ki, mənim bəzi şəxsi problemlərim var".
Qeyd edək ki, Maskerano 2010-cu ildən "Barselona"da çıxış edir.