1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Atletiko Madrid"in final, Qrizmannın penalti sindromu
"Atletiko Madrid" Avropanın ən nüfuzlu klub turnirində final sindromu ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi artıq 3-cü həlledici matçda uduzur.
Bu, ilk dəfə 1974-cü ildə turnir Çempionlar Kuboku adlananda olub. Onda "Atletiko Madrid" finalda "Bavariya"ya 0:4 hesabı ilə uduzub. Bundan 40 il sonra madridlilər həmşəhərliləri "Real Madrid"ə Lissabonda da böyük hesabla məğlub olub - 1:4.
Ancaq bu dəfə belə ağır məğlubiyyət olmayıb. Özü də əsas və əlavə vaxt heç-heçə - 1:1 hesablı bərabərliklə nəticələnib. Dieqo Simeomemnin yetirmələri yalnız oyunsonrası penaltilər seriyasında (3:5) uduzublar.
Əsas vaxtda penaltini qaçıran "Atletiko Madrid"in fransalı hücumçusu Antuan Qrizmann bu mövsümdə 2-ci dəfədir "Real Madrid"in qapıçısı Kelyor Navasa penaltidən qol vura bilməyib. İlk dəfə bu, ötən ilin oktyabrında İspaniya Primerasında olub. "Atletiko Madrid"in bərabərlik qolunu vuran Yannak Karrasko isə turnirdə finalda qol vuran ilk belçikalı futbolçu kimi tarixə düşüb.