1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
AZAL futbolçusunu Moskvaya göndərir
Bakının AZAL klubunun dirsək nahiyəsində şiş aşkarlanan futbolçusu Rüfət Musayev növbəti müalicə kursu keçmək üçün Rusiyanın paytaxtı Moskvaya yola düşəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov bildirib.
O, 30 yaşlı müdafiəçinin səfər biletlərinin alındığını və iyunun 5-də Moskvaya yollanacağını deyib: "Bu, Rüfətin 5-ci kimya terapiyası olacaq. Vəziyyəti yaxşıdır. Həkimlərin göstərişinə əsasən, müalicə davam edir. Realibitasiya müddəti normal keçib və heç bir problem yoxdur. İnanırıq ki, tezliklə hər şey düzələcək".
Qeyd edək ki, bu ilin yanvarında Rüfət Musayevin dirsəyində şiş aşkarlanıb və futbolçunun müalicəsinə başlanılıb.