1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Xəzər Lənkəran" Klublar Komitəsində qaldı
AFFA Klublar Komitəsinin (KK) növbəti iclasının vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komitə sədri, AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov iclasın növbəti həftənin əvvəlinə planlaşdırıldığını deyib.
F.Hüseynov artıq klublara məlumat verildiyini bildirib: "İclas ya iyunun 7-də, ya da 8-də keçiriləcək. Hələ dəqiq günü müəyyənləşdirməmişik. Artıq bu barədə klublara məlumat verilib".
Komitə sədri Azərbaycan çempionatında iştirakını dayandıran "Xəzər Lənkəran" klubunun da növbəti mövsümədək iclaslara qatılacağını bildirib: "Hələ yeni mövsüm başlayana qədər "Xəzər Lənkəran" komitədə təmsil olunacaq. Biz də komitə olaraq, çalışacağıq ki, "Xəzər Lənkəran"ı bu durumdan çıxaraq. Bunun üçün yollar axtaracağıq".
Qeyd edək ki, AFFA Klublar Komitəsinin son iclası aprelin 19-da keçirilib. (Report)