1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yeni transferi "Qəbələ"yə keçidindən danışdı
Liberiya milli komandasının futbolçusu Teo Lüis Uiks "Qəbələ"yə transferi barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi böyük və ambisiyalı kluba keçdiyini bildirib.
O deyib: "İndi mən yeni ölkə, yeni klub və yeni çağırışdayam. Özümü təsdiqləmək asan olmayacaq, amma mən qarşımdakı vəzifəni yerinə yetirmək üçün yaxşı hazırlıqlıyam. Azərbaycanda böyük klublar üzərində çoxlu təzyiq olur. Bu da mənim üçün təəccüblü deyil. Türkiyə və Portuqaliyada iş təcrübəm var. Yeni komandama qarşıdakı mövsümdə hədəflərinə çatmaqda yardımşı olmasından ötrü bütün qüvvəmi səfərbər edərək, güclü olmalıyam".
Qeyd edək ki, müqavilə üzrə Kiprin "Ermis” klubuna məxsus olan orta sahə oyunçusu icarə əsasında 1 il "Qəbələ”nin formasını geyinəcək. 26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə "Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı "Ankaraspor” (indiki "Osmanlıspor”, 2008 - 2010), "Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), "Çaykur Rizəspor” (2011 icarə əsasında) və "Göztəpə” (2012-2013) klublarının formasını geyinib. O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın "Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında "Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub.