
"Neftçi”nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasında püşkü dəyərləndirib. 47 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Maltanın "Balzan” klubunu münasib rəqib saydığını bildirib.
Bununla belə, arxayınlaşmağa əsas görməyən Qasımov hər şeyin özümüzdən asılı olduğunu düşünür: "Rəqib zəif olsa da, komandamız yaxşı oyun göstərməlidir. Avropa futbolu gündən-günə artırır”.