
"Qəbələ"nin klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Gürcüstan "Samtredia”sı ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.
Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb. Onların arasında cəmi bir hücumçu var. Bu, bir müddət öncə transferə çıxarılmış Sergey Zenyovdur. Estoniyalı forvard hazırda Qəbələdə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulub.
Qapıçılar: 22. Dmitri Bezotosnı 33. David Pietrzkieviç
Müdafiəçilər: 3. Vojislav Stankoviç 13. Murad Musayev 15. Vitali Vernidub 17. Məhəmməd Mirzəbəyov 20. Rikardinyo
34. Ürfan Abbasov 44. Rafael Santos
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov 7. Nika Kvekveskiri 11. Asif Məmmədov 19. Filip Ozobiç 27. Teo Luis Uiks 32. Rəşad Eyubov
Hücumçu: 9. Sergey Zenyov
Qeyd edək ki, "Qəbələ” ilə "Samtredia” arasında ilk oyun iyunun 30-da, cavab matçı iyulun 7-də Zestafonidə baş tutacaq.