"Qəbələ" klubu heyətini fransalı futbolçu ilə gücləndirəcək. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq.
27 yaşlı futbolçu bu gün Azərbaycana gələcək və 2 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın "İstres" və "Kretey" klublarında çıxış edib. (Report)











































































